Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur.
== Tarixi ==
Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi.
Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.